Prezidentlə Gül bir araya gəldi: Azərbaycan hər zaman bizim könlümüzdədir – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Dövlət başçısı Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Güllə Bakıda, Türkiyədə və başqa ölkələrdə keçirdiyi görüşləri məmnunluqla xatırladı.

“Azərbaycan hər zaman bizim qəlbimizdə, könlümüzdədir” – deyən Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gül Türkiyədə Baş nazir və prezidentlərin, o cümlədən özünün də ilk xarici səfərlərini Azərbaycana etməsindən məmnunluğunu ifadə etdi. Abdullah Gül ölkəmizə hər gəlişi zamanı Azərbaycanın sürətli inkişaf etdiyinin və daha da gözəlləşdiyinin şahidi olduğunu dedi.

Öz növbəsində dövlət başçısı kimi ilk rəsmi səfərlərini Türkiyəyə həyata keçirdiyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev yüksək rütbəli dövlət məmurlarının da ənənəvi olaraq bu cür qarşılıqlı səfərlərinin önəmini vurğuladı.

Söhbət zamanı dövlətimizin başçısı son bir neçə ildə Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlarla bağlı məlumatları diqqətə çatdırdı.

Etikxeber.az

Read Previous

Kyoan Əliyevə məktub göndərdi

Read Next

Deputata edilən müraciətlərin 50 faizi yerindəcə həlli tapdı… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir