Prezidentlər İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi və “Nurullaboy” saray kompleksi ilə-TANIŞ OLDU – YENİLƏNİB – (3) – FOTO

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

11:15

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olublar.

11:20

***

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Daşkənddən Ürgənc şəhərinə yola düşüb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

11:23

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Özbəkistanın Ürgənc şəhərinə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qarşıladı.

***

Xəbər verildiyi kimi, Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.

İçan-Qala barədə dövlətimizin başçısına məlumat verildi.

Bildirildi ki, İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi 1920-ci ildə yaradılıb. 1969-cu ildə tarixi İçan-Qala şəhəri muzey-qoruq elan edilib. Muzeyin fondunun əsasını xan dəftərxanasının sənədləri və sarayın müxtəlif əşyaları təşkil edir.

Qeyd edildi ki, ümumi sahəsi 26 hektar olan muzeydəki ekspozisiyalar Özbəkistanın qədim tarixini və müasir dövrünü əlaqələndirir. Burada Xivə xanlığının, qədim Xarəzmin tarixi, etnoqrafiyası, sənət nümunələri, müxtəlif kolleksiyalar ilə bağlı 14 stasionar muzey və ekspozisiyalar var.

Muzeydə, həmçinin Xivə xanlığının tarixi barədə nəşrlər nümayiş etdirilir.

Muzeyin əsas işi eksponatların toplanması, onların öyrənilməsi, nümayişi və abidələrin mühafizəsindən ibarətdir.

Etikxeber.az

Read Previous

Dövlət büdcəsi dəyişdirilir, xərclər artırılır-NAZİRLƏR YENİDƏN PARLAMENTƏ GƏLDİ – YENİLƏNİB – (6)

Read Next

Ailənin tək və subay oğlu, ali təhsilli-ŞƏHİD ALI HƏSƏNLİNİN BU GÜN 27 YAŞI TAMAM OLDU…-FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir