Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezidentliyə namizədlər də seçki məntəqələrinə gedərək, səsvermə hüququndan istifadə ediblər
Etikxeber.az-a açıqlamasında müstəqil millət vəkili, prezidentliyə namizəd Zahid Oruc bildirib ki, o, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı məntəqəsində ailə üzvləri və yaxınları birgə səs verib.
“Eyni zamanda, yaxın qohumlarından bir neçəsi məxsusi olaraq, yaşadıqları ərazinin seçki məntəqəsindən qeydiyyatdan çıxaraq, bizimlə birgə səs verdilər”-deyə, o, sözlərinə əlavə edib.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.
Azərbaycan Sosial-Demokrat Partiyasından prezidentliyə namizəd Araz Əlizadə isə 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin paytaxtın Bəsti Bağırova küçəsində yerləşən 11 saylı seçki məntəqəsində səs verib.
O, nəvəsi və adaşı Araz Əlizadə ilə birgə seçki məntəqəsinə gedib.
BAXCP-dən prezidentliyə namizəd, millət vəkili Qüdrət Həsənquliyev öz növbəsində 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səs verib.
Prezidentliyə namizəd seçkilərin gedişatından razılığını bildirib:
“Seçki prosesi indiyədək demokratik qaydada keçirilib. Əlbəttə, bütün namizədlərin imkanları eyni deyil. Amma Seçki Məcəlləsinin hər hansı normasının pozulması müşahidə olunmur. Ümid edirəm ki, səsvermə də qanunlara uyğun baş tutacaq. Bu seçki daha güclü, demokratik Azərbaycana, Qarabağın azad olunmasına yol açacaq siyasi xətti dəstəkləyəcək. İnşallah, biz Qarabağı azad edəcəyik. Daha güclü, demokratik Azərbaycan quracağıq. Xeyirli, uğurlu olsun!”
Etikxeber.az





