Prezidentliyə namizədlərdən Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Elşad Musayev və Razi Nurullayev-SƏSVERMƏ HÜQUQUNDAN İSTİFAFƏ ETDİLƏR – YENİLƏNİB – (2)

Ümid edirəm ki, bu seçkilər Azərbaycanda yeniləşmə prosesinin və islahatların başlanğıcı olacaq. Kim xalqın səsi və iradəsi ilə qalib gəlsə, o da Azərbaycanın gələcəyi üçün faydalı işlər görməyə davam etməlidir.

Etikxeber.az məlumat verir ki, bu fikirləri növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edən Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, bu seçkilər Azərbaycanda yeniləşmə dövrünün başlanğıcı kimi xarakterizə olunur:

“Ona görə də insanlar vətəndaşıq borcunu yerinə yetirərək seçki məntəqəsinə gəlib səs verməlidirlər. Bütövlükdə Azərbaycan cəmiyyətinin problemləri hələ bitməyib. Qələbə qazansaq da, hələ də Azərbaycanın üzərində basqılar var, təhlükələr qalmaqdadır. Nəticədən asılı olmayaraq, həmrəylik və birliyimizi qorumalıyıq. Azərbaycanın gələcəyi üçün hamı əl-ələ verib daha yaxşı və rifah içərisində yaşamağımızı təmin edən cəmiyyətə qovuşmağa dəstək olmalıyıq”.

Onun sözlərinə görə, seçki ilə bağlı yaradılan şərait normaldır:

“Bəzi xırda texniki problemlər olsa da, ümumilikdə siyasi qüsurlar yoxdur. İnsanlar azad şəkildə səsvermə hüququndan istifadə edə bilir”.

Qeyd edək ki, Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

***

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev də növbədənkənar prezident seçkilərində ailə üzvləri ilə birgə səs verib.

Qüdrət Həsənquliyev 7 saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

10:49

***

Prezidentliyə namizəd Zahid Oruc da növbədənkənar prezident seçkilərində səs verib.

O, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

11:29

***

Prezidentliyə namizəd Elşad Musayev növbədənkənar prezident seçkilərində 19 saylı Nərimanov l seçki dairəsinin 3 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Digər prezidentliyə namizədi Razi Nurullayev isə növbədənkənar prezident seçkilərində 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Etikxeber.az

Read Previous

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində-SƏS VERDİLƏR – FOTOLAR – YENİLƏNİB

Read Next

Şəhid ailələri də-SƏSVERMƏ PROSESİNDƏ İŞTİRAK ETDİLƏR… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir