“Problemin təkcə ayrı-ayrı elementlərinin deyil, özünün həlli ilə sıx məşğul olmaq lazımdır” – MURADOVA – FOTOLAR

Problemin təkcə ayrı-ayrı elementlərinin deyil, onun özünün həlli ilə sıx məşğul olmaq lazımdır

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova ATƏT-in Parlament Assambleyasının iyulun 8-də Minskdə keçirilən 26-cı ənənəvi sessiyasında ümumi müzakirələr zamanı və sessiyanın yekunları ilə bağlı mövqeyni açıqlayarkən söyləyib.

B.Muradova sonra deyib:

bahar-atet-2

bahar-atet-1

“Mən bir daha sizin diqqətinizi Ermənistan-Azərbaycan silahlı qüvvələrinin qarşıdurma xəttində Azərbaycanın dinc sakinlərinin, o cümlədən iki yaşlı qızın öldürülməsi ilə nəticələnən son eskalasiyaya cəlb etmək istərdim.

Beynəlxalq hüququ və insan hüquqlarını kobud şəkildə pozan bu hadisə dünya ictimaiyyətinin diqqətindən kənarda qalmayıb. Minsk qrupunun həmsədrləri olan ölkələr bu hadisəni pisləyiblər və onu danışıqlar prosesi əleyhinə yönəlmiş təxribat adlandırıblar. ATƏT-in Avstriya nümayəndəliyi, BMT-nin Baş katibi, Avropa Parlamentinin nümayəndələri olan bəzi ölkələrin xarici işlər nazirlikləri, AŞPA, bir sıra deputatlar, ictimai və din xadimləri də bunu pisləyiblər və belə bir hadisənin yolverilməzliyini vurğulayıblar.

Fürsətdən istifadə edərək, hamımızın bölüşdüyü bəşəri dəyərlərin bu şəkildə pozulmasına laqeyd qalmayan hər kəsə təşəkkürümü bildirmək istərdim. Hesab edirəm ki, bizim Parlament Assambleyası da bununla əlaqədar öz prinsipial mövqeyini bildirməlidir. Belə hadisələrin təkrarlanmaması üçün bu, çox vacibdir”.

O, bildirib ki, dünya ictimaiyyətinin reaksiyası fonunda Ermənistan tərəfinin bu hadisəyə münasibəti təəssüf doğurmaya bilməz.

“Alxanlı kəndində guya Azərbaycan Silahlı Qüvvələrinin atəş nöqtələrinin yerləşməsi və Azərbaycanın öz vətəndaşlarından guya hədəf kimi istifadə etməsi barədə bəyanatlar cəfəngiyatdır və təhlükəli tendensiya olduğunu göstərir.

Bu cür dəlillər bizə Xocalı soyqırımı dövründən məlumdur.

Məlumat üçün qeyd edim ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və KİV nümayəndələri atəşə tutulmuş Alxanlı kəndinə gedərək, bu kənddə Azərbaycan ordusunun heç bir atəş nöqtəsinin yerləşmədiyinin şəxsən şahidi olublar.

Bu hadisənin Cocuq Mərcanlı kəndində yenidənqurma işlərinin aparıldığı və məcburi köçkünlərin ora qayıtdıqları bir vaxtda baş verməsi göstərir ki, bu provokasiya təsadüfən törədilməyib. Ermənistan məcburi köçkünlərin geri qayıtmasının qarşısını hər vasitə ilə almağa çalışır və cəbhə xəttində yaşayan əhalini doğma yurd-yuvalarından qovmaq məqsədi güdür.

Belə bir vaxtda bütün müvafiq strukturlar məsuliyyət nümayiş etdirməli və regionda onsuz da mürəkkəb olan vəziyyətdə arzuolunmaz inkişafa aparan mümkün provokasiyaları dayandırmaq və problemin təkcə ayrı-ayrı elementlərinin deyil, onun özünün həlli ilə sıx məşğul olmaq üçün münaqişənin dayanıqlı həllinə yönələn səylərini birləşdirməlidirlər”-deyə, B. Muradova daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Baykal gecəyarısı Kılıçdaroğlunu nədən ziyarət edi? – FOTO

Read Next

Əliyev 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə səfərə gəldi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir