“Problemlərin həllində qarşılıqlı dialoqun aparılması vacibdir” – TSERETELİ – FOTO

İyunun 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli ilə görüşüb.

Etikxeber.az  xəbər verir ki, O. Əsədov Azərbaycanın ATƏT ilə əməkdaşlığın daha da dərinləşməsinə önəm verdiyini deyib.

O, bildirib ki, Milli Məclislə ATƏT PA arasında münasibətlərin inkişafında yüksəksəviyyəli səfərlər əhəmiyyətli rol oynayır.

Spiker təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həllində qurumun gələcəkdə daha yaxından iştirak edəcəyinə, qətiyyətli və ədalətli mövqe sərgiləyəcəyinə inamını ifadə edib.

seretelliiiiii

Görüşdə O. Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyi arxitekturasına verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb.

O, həmçinin qonağın təmsil etdiyi Gürcüstanla əməkdaşlığımızın inkişaf perspektivlərindən söz açıb.

Georgi Tsereteli isə ölkəmizdə olmasından məmnunluğunu bildirərək qeyd edib ki, ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsində belə qarşılıqlı səfərlər mühüm rol oynayır.

O, əlavə edib ki, ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir. ATƏT məkanında mövcud problemlərin həllində qarşılıqlı dialoqun aparılması vacib məsələlərdəndir.

ATƏT PA-nın prezidenti ümidvar olduğunu bildirib ki, təmsil etdiyi təşkilat bu sahədə səylərini gələcəkdə də əsirgəməyəcək.

Qonaq Gürcüstan və Azərbaycan xalqları arasında əsrlərboyu mövcud olan dostluğun bundan sonra daha da möhkəmlənəcəyinə inamını ifadə.

O, səfər çərçivəsində Bakıda keçiriləcək konfransda iştirakı barədə danışıb və tədbirin əhəmiyyətini qeyd edib.

Görüşdə MM-in sədr müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova da iştirak edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezident ATƏT PA-nın prezidentini qəbul etdi… – FOTO – YENİLƏNİB

Read Next

Prezident səhiyyə işçilərini təltif etdi – SƏRƏNCAM(LAR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir