“Problemlər aradan qaldırılmalıdır ki, kənd təsərrüfatının inkişafı daha sürətli olsun”- HEYDƏROV

Bu gün Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, iclasda komitənin MM-in 2016-cı il payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və 2017-ci il yaz sessiyasının iş planı layihəsi müzakirə olunub.

Komitə sədri Arif Rəhimzadə görülən işlər barədə geniş məlumat verib.

A. Rəhimzadə bildirib ki, yaz sessiyası üçün nəzərdə tutulan qanun layihələri hazırda razılaşma mərhələsindədir.
“Mövcud qurumlarla razılaşdırıldıqdan sonra komitə iclaslarında müzakirə olunaraq aprlamentin müzakirəsinə çıxarılacaq”- deyə, komitə sədri vurğulayıb. 
 
Komitə sədri deyib ki, bunlar “Bələdiyyə torpaqlarlarının idarə edilmısi haqqında” qanunda düzəlişlər edilməsi haqqında qanun layihəsi, “Azərbaycanın 2002-ci il 15 mart tarixli 247-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında” qanmunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlara dəyişiklik layihələridir. 
Komitə sədri onu da deyib ki, adıçəkilən qanun layihələrinin zamanında hazırlanması üçün komitə üzvləri məsul ediliblər.

Millət vəkili Fəttah Heydərov bildirib ki, komitə ötən dövrdə uğurlu fəaliyyət göstərib, qəbul edilən qanunlar bələdiyyələrin fəallığına müsbət təsir göstərib. Millət vəkili deputatların və bələdiyyələrin ölkədə kənd təsərrüfatının inkişafı sahəsində öz səylərini əsirgəməməsini zəruri saydığını deyib:

“Qəbələ rayonunda əsasən maldarlıqla məşğul olurlar. Yay aylarında Qəbələdə heyvandarlığın inkişafı üçün münbit şərait var, ancaq qışda aran rayonlarında qışlaqlara ehtiyac yaranır. Əvvəllər Qəbələ əhalisinin qışlaqlardan istifadə sahəsində problemi olmayıb. Amma son zamanlar bu sahədə müəyyən problemlərə rast gəlinir. Belə problemlər aradan qaldırılmalıdır ki, kənd təsərrüfatının, maldarlığın inkişafı daha sürətli olsun”.

İclasın sonunda komitənin MM-in 2016-cı il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı qəbil edilib, yaz sessiyasının iş planı layihəsi təsdiqlənib.

Etikxeber.az

Read Previous

Sabaha olan hava proqnozu açıqlandı

Read Next

Komitə sədrinin müavini Prezidentin fərmanını alqışladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir