“Problemlər var, insanlarla görüşüb onların ürəyinə az da olsa, su səpməliyik” – DEPUTAT

Gözəl, vacib qanunlar qəbul edirik, amma insanların çoxunun onlardan xəbəri olmur”

“Gəlin açıq danışaq, yerlərdə müəyyən problemlər, cammat içərisində müəyyən narazılıqlar var. Çünki biz dünyadakı böyük, qlobal maliyyə-iqtisadi böhranın içərisindəyik. Düzdür, inanırıq və əminik ki,ölkə Prezidenti cənab İlham Əliyevin səyləri ilə, düşünülmüş siyasəti nəticəsində bu il bu çətinlikdən qurtula, düz yola  çıxa biləcəyik, amma bununla belə,  bizim də bu prosesə, bu işə töhfə verməyimiz lazımdır”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri millət vəkili, akademik Yaqub Mahmudov yanvarın 26-da Milli Məclisin (MM) qarşıdan gələn növbəti yaz sessiyası ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin ilk iclasında çıxışı zamanı deyib.
Millət vəkili deyib ki, təkcə komitədə yığışıb,söhbətləşməklə, fikir bildirməklə  məsələ bitmir, hər şey həll olunmur.
“Bizim komitə sosial məsələlərlə ən çox məşğul olan komitədir. Sosial məsələlər də ən vacib və ən ağrılı məsələlərdəndir. Ona görə də yerlərdə görüşlər keçirib vəziyyəti anlatmalı, insanların ürəyinə su səpməliyik. Açıq danışaq, hansısa bir məmur hansıs bir bölgəyə, vətəndaşlarla görüşə gəlir, əvvəlcədən də onun gəlişi elan olunur. Eyni zamanda, onunla görüşdə iştirak edəcək adamlar da əvvəldən müəyyənləşdirilir, kimi istəyirlər salırlar, kimi istəyirlər çıxarırlar. Axşam televiziyalara baxanda da adama elə gəlir ki, hər şey əladır, məmur gəldi və məsələlər həlli olundu. Əslində isə belə deyil, çox zaman həmin məmurun gəlişi insanlar arasında söz-söhbət yaradır. Ona görə biz millət vəkilləri, komitə üzləri olaraq insanlar, vətəndaşlar arasında olmalı, onlarla görüşlər keçirməliyik. İl görüşə də elə mənim seçildiyim Şəkidən başlamaq olar, hansı ki mən bunu çoxdan təklif etmişdim. İnsanlar arasında təbliğat, maarifləndirmə işləri aparılmalıdır. Gözəl, vacib qanunlar qəbul edirik, amma insanların çoxunun onlardan xəbəri olmur.Odur ki, yerlərdə görüşlərə böyük ehtiyac var“-deyə, millət vəkili sonra deyib.
Millət vəkilinin təklifi komitə üzvləri, o cümlədən, komitə sədri Hadi Rəcəbli tərəfindən də dəstəklənib.
Komitə sədri deyib ki, bununla bağlı parlament rəhbərliyi ilə müzakirələr aparılmalıdır.
“Mən də şəxsən belə hesab edirəm ki, yerlərdə görüşlər keçirilməlidir. Amma bu məsələni bir daha parlament rəhbərliyi ilə, sədrlə də müzakirə etməliyik. Onlar da heç şübhəsiz  bu məsələyə dəstək verəcəklər”-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Pensiya islahatları ilə bağlı qanun layihəsi müzakirələrə çıxarılır – FEVRALIN 3-də

Read Next

“Məcburi köçkün olan bir məmur hələ 5 il öncə ona verilən yardımdan imtina edib” – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir