Professor Müstəcəb Səfərovun vəfatından 1 il-ÖTÜR – FOTO-VİDEO

Bu gün tanınmış ziyalı, ictimai xadim, professor Müstəcəb Mustafa oğlu Səfərovun vəfatından 1 il ötür.

O, 22 dekabr 1949-cu il tarixində Azərbaycan Respublikasının Şərur rayonunda anadan olub.

Etikxeber.az-ın xəbərinə görə, o, 1973-cü ildə keçmiş Azərbaycan Neft-Kimiya İnstitutunun mühəndis-iqtisad fakultəsini, 1988-ci ildə Moskvada SSRİ Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakultəsini (qiyabi) bitirib.

Bununla paralel olaraq, elmi işini davam etdirməklə, 1989-cu ildə iqtisad elmləri namizədi, EKO Energetika Beynəlxalq Akademiyasının professoru adina layiq görülüb.

Bir ziyali olaraq ömrünün 42 ilini Azərbaycan övlətinin inkişafına, onun çiçəklənməsinə həsr edib.

Dövlət qulluğunda olduğu illərin 2 ilini hərbidə zabit kimi keçirib.

Eyni zamanda, 7 il Azərbaycan Respublikasının Tədarük Nazirliyində, 21 il Azərbaycan Respublikasının Dövlət-Plan Komitəsində (sonradan İgtisadiyyat Nazirliyində şöbə müdürü, Aqrar Sənaye Kompleksinin rəisi, eyni zamanda, SSRİ Dövlət-Plan Komitəsində Azərbaycan Respublikasının Aqrar sahə üzrə daimi nümayindəsi, 8 il Kənd Təsərrufatı Nazirliyində, Kənd Təsərrufati Kreditləri Agentliyində Aparatın rəhbəri, Baş direktorun müavini, 4 il isə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində (FHN) İnfrasktrunun inkişafı Baş İdarəsinin şöbə müdiri vəzifəsində çalışıb.

M. Səfərov işlədiyi müddətdə daima Azərbaycan dövlətinə, Azərbaycan xalqına sədaqətlə xidmət edib.

Ulu öndər Heydər Əliyevin Azərbaycana əhbərlik etdiyi dövrdə respublikanın aqrar-sənaye sahələri üzrə regionlarda bu sahə ilə bağlı planlarının tərtib olunması, onların SSRİ Dövlət-Plan Komitəsində müdafiə edilməsi, maddi- texniki, maliyyə resurslarının alınıb Azərbaycan Respublikasına gətirilməsində uzun illər işçi qrupun rəhbərlərindən biri olub.

Azərbaycan müstəqillik əldə etdikdən sonra tutduğu vəzifə ilə yanaşı əlavə Azərbaycan Respublikası Prezidenti yaninda  Fövqəladə Ərzaq Komisiyasının məsul katibi vəzifəsini icra edib.

M. Səfərov Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq 5 il müddətinə Bakı Şəhəri Məhkəməsinin Xalq iclasçısı seçilib və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 5 il müddətində fəaliyyət göstərmək üçün mandata malik olub.

Azərbaycan Respublikasında regionlar üzrə aqrar-sənaye sahələrinin keçmişi, bu günü, perspektiləri proqramının regionlar üzrə proqnozlaşdırılması (2020-ci ilə qədər) layihəsinin müəllifi olub.

FHN-nin regionlar üzrə infrastrukturunun yerləşməsinin 2020-ci ilə qədər baş sxeminin müəllif olub.

Xudafərin Assosiyasiyasının və İqtisadi Əlaqələr Şirkətinin rəhbəri olub.

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri kimi tanınıb.

4 övlad atası olub.

Professor M. Səfərov 23 oktyabr 2019-cu ildə ürək çatışmamazlığından vəfat edib.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın…”-DİN-DƏN VƏTƏNDAŞLARA MÜRACİƏT

Read Next

Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlı rayonunda əbədiləşdiriləcək-ALİ BAŞ KOMANDAN ŞƏHİDİN ATASI İLƏ DANIŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir