Prokuror MTN-nin şöbə rəisinə cəza istədi -15 il

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Etikxeber.az-ın məlumatına görə, iclasda məhkəmə istintaqının başa çatması  barədə qərar elan edilib.

Dövlət ittihamçısı çıxış edib və V. Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin Vüsal Ələkbərovun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edilməsini istəyib.

Növbəti məhkəmə iclası mayın 22-də davam edəcək.

Etikxeber.az

Read Previous

Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv etdi

Read Next

Baş nazirdən “vida” yeməyi… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir