Prokurorluq işçisi qardaşının cinayətinin qarşısını almadı və işdən çıxarıldı

Bakı Şəhər Prokurorluğunun əməkdaşı işdən çıxarılıb.

Etikxeber.az-ın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı şəhər Prokurorluğunda istintaqa nəzarət şöbəsinin prokuroru Elçin Ələkbərov prokuror vəzifəsinə yaraşmayan hərəkətlərə yol verdiyi üçün orqandan xaric edilib.

Məlumata görə, E. Ələkbərov qardaşının törətdiyi cinayətin qarşısını almadığı üçün işdən çıxarılıb. Belə ki, onun qardaşı Emin Ələkbərli Bakı şəhər sakini Nicat Quliyevi döyüb. Hadisə baş verən zaman Elçin Ələkbərov da orada olub. O, hadisənin şahidi olsa da, vəzifə borcunu yerinə yetirməyərək cinayətin qarşısını almayıb.

Onu da əlavə edək ki, sabiq prokurorun qardaşı E. Ələkbərlinin N. Quliyevi döyməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

Hazırda həmin iş üzrə məhkəmə gedir.

Etikxeber.az

Read Previous

Seçici təklənmiş fiquru dəstəkləməyə qərar verdi – POLİTOLOQ

Read Next

Mədəsindən 3 ədəd bükümdə heroin çıxdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir