Prokurorluq Laçında minaya düşən “Azərişıq” ASC-nin əməkdaşı ilə bağlı-MƏLUMAT YAYDI

Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində “Azərişıq” ASC-nin əməkdaşı Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlunun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə Laçın Rayon Prokurorluğuna məlumat daxil olub.

Etikxeber.az məlumat verir ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.

Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Nəşi 54 gündən sonra torpağa tapşırılan, ailənin tək və subay oğlu-RÜSTƏM MƏMMƏDOVUN ANIM GÜNÜNDƏ MƏZARI OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (7)

Read Next

Büdcə zərfinin ikinci oxunuşda müzakirələri-MÜZAKİRƏLƏR SABAH BAŞA ÇATACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir