Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İspaniyanın “Real Madrid” klubunda oynayan portuqaliyalı futbolçu Kriştiano Ronaldo vergi fırıldaqçılığında günahlandırılır. Müvafiq ittihamla Madrid prokurorluğu məhkəməyə müraciət edib.
Etikxeber.az xəbər verir ki, prokurorluq Kriştiano Ronaldonu 2011-2014-cü illərdə dörd vergidən yayınma epizodunda iştirakda şübhəli bilir. Bunlardan birində futbolçu 14,7 milyon avroluq vergi fırıldaqçılığında şübhəli bilinir.
Hüquq mühafizə orqanlarında hesab edirlər ki, Ronaldo gəlirlərini vergi orqanlarından gizlətmək məqsədi ilə 2010-cu ildə xüsusi yaradılmış şirkətlər şəbəkəsindən istifadə edib.
Etikxeber.az