Prokurorluqla bağlı medal təsis olunur

Azərbaycanda prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunur. 

Etikxeber.az məlumat verir ki, bununla bağlı Milli Məclisin (MM)  Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə  Gənclər və idman komitəsinin bu gün keçirilən  birgə iclasında “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 

publika-az1469883448prokuror

Layihəyə əsasən yeni medal ilə prokurorluq sistemində xidmətdə yüksək nəticələr əldə edən, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində peşəkarlığı ilə fərqlənən, uzun müddət qüsursuz xidmət edən prokurorluq orqanlarının əməkdaşları və veteranları, prokurorluq orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dəyilikliklər Antidopinq Agentliyinin fəaliyyətini genişləndirəcək – ÜLVİ QULİYEV

Read Next

“Milliyyət” “etnik mənsubliyyət”lə əvəzləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir