Psixoloji mərkəzlərin lisenziyası qeyri-qanunidir – ƏMİRASLANOV

Azərbaycanda fəaliyyət göstərən psixoloji mərkəzlərin lisenziyası qeyri-qanunidir.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM)  Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, psixoloji mərkəzələrin fəaliyyəti üçün lisenziyanı Səhiyyə və təhsil nazirlikləri verməlidir. “Ancaq bu gün fəaliyyət göstərən  psixoloji mərkəzlərin lisenziyası kim tərəfindən və hansı məqsədlər üçün verilib, bu, bəlli deyil. Bunlar qeyri-qanunidir və bunlara qarşı mübarizə aparılmalıdır. Hesab edirəm ki, bu sahədə ciddi nizam-intizam yaradılmalıdır.  Çünki bu gün heç də hamının psixoloji yardım almaq  imkanı yoxdur və bunun üçün şərait yardılmalıdır”– deyə, komitə sədri vurğulayıb.
Komitə sədri onu da əlavə edib ki, bu gün Azərbaycanda elə insanlar var ki, xaricə gedir və böyük məbləğdə vəsait xərcləyib psixoloji yardımlar alırlar, ancaq nəticəsi olmur. “Onlar yenidən Azərbaycanda  psixoloji yardım alaraq sağalırlar. Bu sahədə də ciddi problemlər mövcuddur. Ona görə ki, burada bir çoxları xaricdə heç də keyfiyyətli tibbi xidmət göstərməyən klinikaların  reklamı ilə məşğuldurlar. Nəticədə insanlar aldınıb gedirlər xaricə və müalicələri üçün  böyük məbləğdə vəsait xərcləyirlər, ancaq xeyrini görmürlər. Belə hallara qarşı mübarizə aprılmalıdır”– deyə, Ə.Əmiraslanov bildirib.
Komitə sədri bu məsələdə həkimləri də qınayıb: “Bu məsələdə biz həkimlərin və mütəxəssislərin də  günahı böyükdür. Çünki  qeyd etdiyimiz müalicə metdolarını yetərincə cəmiyyətə çatdıra bilmirik. O baxımdan da bəzi dırnaqarası həkimlər  bu ada ləkə gətirir.  Odur ki, gördüyümüz işləri cəmiyyətdə təbliğ etməyi bacarmalıyıq”.
Etikxeber.az

Read Previous

“İnsanları soymaqla məşğuldurlar…” – DEPUTAT

Read Next

Oktyabrın 27-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir