Psixoloqların diaqnostik qiymətləndirilməsinə start verilir – TƏHSİL NAZİRLİYİ

24-28 dekabr 2019-cu il tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Təhsil Nazirliyindən xəbər verilib.

İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq.

Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Etikxeber.az

Read Previous

Prezident Neftçalaya – 5 MİLYON AYIRDI

Read Next

Xalqımız tarixi şəxsiyyətlər baxımından heç zaman korluq çəkməyib… – DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir