Psixotrop maddələr haqqında bilmədiklərimiz … – RAQİF ALLAHVERDİNİN YENİ YAZISI

Müxtəlif cəmiyyətlərdə bir qrup  insanların asılılıq və idarəçiliyini öz əlində cəmləmək üçün bəzi işbazlar sağlamlığa zərərli maddələrin istifadəsini dövriyyəyə buraxır.

Tibbdə psixotrop maddə olaraq bilinən bu kimyəvi tərkibli vasitələr insan beyninə təsir edərək əqli və fiziki  davranışı zamanla dəyişdirir.

Bu pereparatlardan uzun müddət istifadə etmək, beyinə ziyan vurmaqla yanaşı, həm də müalicəsi qəti tələb olunan klinik vəziyyət yaradır.

Əsəb gərginliyinə səbəb olan  psixotrop maddələr əlbəttə ki, individual təsir xarakterinə malikdir və  hər bir  istifadəçiyə  fərqli hiss verir. Bu maddələr adətən keçici zövqlə istifadəçinin vərdişinə çevrilir. Lakin daha sonralar ruhi pozğunluqlara yol açır. 

Maddənin insandan – insana dəyişən fərqli təsiri, bəzilərini ağladıb – güldürərək, digər qrup  insanları isə təcavüzkar, çox hallarda hətta özünəqapanan  və depressiv sindromları əks etdirməklə, həyatlarına  təzahür edir. Nəticədə psixotrop maddələr serabellonun funksiyasını  pozmağa xidmət etməklə bərabər həm də   insan davranışını  idarə edən funksiyaları sıradan çıxarır. Bu da öz növbəsində  şəxsiyyətin sosial əlaqələrinə ciddi zərər verir.

Son dövrlər yeniyetmə və gənclərin əyləncə məqsədi ilə narkotik tərkibli dərmanlar qəbul etməsi  dünya səhiyyə təşkilatlarının və sosioloqların həyəcan təbilini çalır. Araşdırmalar göstərir ki, yeniyetmələr qadağan olunmuş  narkotik vasitələrə nisbətən psixotrop dərmanların sui-istifadəsinə daha çox meyl edirlər.

Bir çox yeniyetmələr hesab edirlər ki, dərmanlar təhlükəsizdir, çünki onlar həkimlər tərəfindən təyin olunur. Lakin bilməliyik ki, bu pereparatlar  müalicə məqsədi ilə istifadə olunmadıqda və  ya həkim təyinatından keçməmiş qəbul edildikdə,  sakitləşdirici xarakter daşısa belə , narkotik vasitə  kimi asılılıq yarada bilər.

Qeyd etmək yerinə düşər ki, bu kimi dərman vasitələrindən sui-istifadə sağlamlıq üçün çox ciddi təhlükə yaradır. Ona görə də pereparatlar , mütləq şəkildə  həkim təyinatı və nəzarəti ilə qəbul olunmalıdır. Hətta bu halda belə asılılıq və ya digər problemlərin qarşısını almaq üçün onların istifadəsinə nəzarət etmək mütləqdir.

Bilirik ki , bir çox dərmanlar oxşar tərkibli ola bilər və əgər bir pereparat  sizə həkim tərəfindən yazılmayıbsa, o zaman heç bir halda onun  orqanizmə qəbulu yolverilməzdir. Bildiyimiz kimi, hər bir insanın orqanizmində baş verən fərdi proseslərə görə dərmanlara  müxtəlif reaksiyaları var. Bir insana faydalı olan dərman vasitəsi digər insan üçün təhlükəli hətta ölümcül risk daşıya bilər.

Yalnız həkim təyinatı üzrə tövsiyə edilən dərmanları qəbul etmək təhlükəsizdir!

Qeyd etmək lazımdır ki, psixotrop dərmanların asılılıq yaratması səbəbi ilə, onlardan bir çoxu artıq ağır narkotiklərlə eyni təsirə malik kateqoriyaya aid edilmişdir.

Qadağan olunmuş narkotik maddələrin çoxu bir vaxtlar həkimlər və ya psixoloqlar tərəfindən xəstələrə müalicə məqsədilə təyin olunub. Lakin onların sui-istifadəsi və məhvedici təsiri müəyyən olduqdan sonra  dövriyyəsinə qadağa qoyulub.

Psixotrop dərman  vasitələrinin sui-istifadəsi  qanunsuz yolla istehsal olunan  narkotik maddələrin qəbulundan daha təhlükəli ola bilər. Həkimlərin təyin etdiyi süni şəkildə istehsal edilmiş bəzi sintetik preparatlar hədsiz  dozada qəbul olunduqda, ölüm riskini daha da sürətləndirir. Bəli, təəssüflə qeyd etməliyik ki, son beş il ərzində dünya üzrə belə  nəticələnən ölüm faktlarının sayı iki dəfə artmışdır.

Ümumiyyətlə, psixotrop dərman preparatlarının həkimlərin təyini olmadan qəbulu, satılması narkotik ticarətin bir başqa formasıdır və heroin, kokain digər ağır narkotiklərin satışı kimi qeyri qanuni və  cinayət hesab olunur.

Daha böyük dozada qəbul olunan psixotrop maddələr beyinin fəaliyyətinin zəifləməsinə, asılılığa, yaddaşın, nitq qabiliyyətinin pozulmasına, dərin depresiyalara və hətta intihara səbəb ola bilir. Bəzi insanlar da isə gözlənilən effektın tam əksi olaraq aqressivlik, həyəcan  və əsəbilik yaradan amillərlə özünü biruzə verir.

Bundan başqa, alkoqollu içkilərlə sakitləşmək üçün istifadə olunan sedativ preperatların birgə qəbulu ölümlə nəticələnə bilər.

 Psixotrop dərmanların uzunmüddətli istifadəsinin təsiri

Uzun müddətli depressantların qəbul edilməsi depressiyaya, yuxu pozulmasına, xroniki zəifliyə, tənəffüs çətinliyinə, cinsi zəifliyə gətirib çıxara bilər. Narkotik maddələrin bir çoxundan fərqli olaraq antidepressantları tərgitmək çox çətin olur və bəzi hallarda ölümlə nəticələnir. Bu maddələr qanda şəkərin yüksəlməsinə, çəkinin artmasına və şəkər xəstəliyinə gətirib çıxarır. 

P.S. Hətta  elə hallar olub ki, çəki  40 kiloya qədər çoxalıb.

Aparılan araşdırmalara görə, son 4 il ərzində antidepressant dərmanların həkim nəzarəti olmadan qəbulu ürək problemləri, boğulma, intihar kimi  hadisələrə səbəb olmuşdur.

22:35, 20 sentyabr

Raqif ALLAHVERDİ

Etikxeber.az

Read Previous

“Belə bir “qonşu”ya 30 ilə yaxın dözən Azərbaycan daha nə etməldir?…Dünya özü cavab versin və bundan sonra baş verəcəklərə görə bizi qınamasın!”-QƏNİRƏ PAŞAYEVA

Read Next

“Hər kəsə bəllidir ki, Azərbaycan olan yerdə, Prezident İlham Əliyevin imzası olan yerdə mütləq səmimi, yüksək səviyyəli əməkdaşlıq, inkişaf, uğur, nailiyyət olacaq…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir