Pul oğrusu tutuldu

Bakı şəhər sakininin çantasından pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini Xatirə Sərdarovanın çantasından 80 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Rəhman Əmrullayev tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir paytaxt sakininin cibindən 80 manat pul və sənəd oğurlaması müəyyən edilib.

Etikxeber.az

Read Previous

DİN: Avaralıq və dilənçiliklə məşğul olan 29 nəfər saxlanılıb

Read Next

Prezident: “Səmərəli fəaliyyət gözləyirik” – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir