Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mən Suraxanı Gənclər Evi nəzdində fəaliyyət göstərən Qaraxanlı Tarix Klubunun təsisçisi və rəhbəriyəm.Təxminən doqquz aydır ki, bu klub fəaliyyətdədir.Bu müddət ərzində müxtəlif mövzularda təlimlər həyata keçirdim, tədbirlərin təşkilində rol oynadım və pulsuz tarix dərsləri tədris etdim.
Etikxeber.az xəbər verir ki, bunu gənc və ictimai fəal, bir çox sənədli filmlərin layihə rəhbəri Kənan Həmzəoğlu deyib.
Onun sözlərinə görə, Suraxanı Gəclər Evində tədris edilən pulsuz tarix dərslərinə maraq gözlədiyi kimi olmayıb:
“Lakin böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Suraxanı Gənclər Evində təşkil etdiyimiz pulsuz tarix dərslərinə maraq gözlədiyimiz kimi olmadı.Təxminən 8-9 məktəbdə təbliğat kompaniyası başlatsaq da müraciət edənlərin sayı 10-15 nəfəri keçmədi.Buna baxmayaraq biz fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik.Hesab edirəm ki, təhsil və maarifləndirmə istiqamətində yeni layihələrin icrası zəruridir”-deyə, o, sözlərinə əlavə edib.
Qeyd edək ki, Kənan Həmzəoğlu bununla bağlı öncəki yazısında isə bu fikirləri qeyd etmişdi:
“Dekabr ayının 8-dən Suraxanı Gənclər Evində pulsuz tarix dərsləri təşkil etməyə başladım.Orta məktəb şagirdlərini Suraxanı Gənclər Evinə toplayaraq burada maarifləndirici təlimlər həyata keçirdim.Bu, mənim öz təşəbbüsüm idi.Təbii ki, Suraxanı Gənclər Evi rəhbərliyinin də təşkilati baxımdan bu işdə böyük əməyi var.Bu addımı atmaqla orta məktəblərdəki bəzi müəllimlərin şagirdlərdə yaratdığı boşluqları doldurmağa çalışdım. Onlara – öz xalqımın övladlarına əcdadlarının şanlı tarixini daha da sevdirdim. Bəzən mənə deyirdilər ki, pulsuz dərs olar? Niyə vaxtını itirirsən ki?
Lakin onlar anlamırdılar ki, bu sevgi, bu istək puldan daha önəmlidir Bəziləri də deyirdi ki, ucuz ətin şorbası olmaz, pulsuz dərs nə olacaq ki? Fəqət onlar da anlamırdılar ki, əksinə təmənnasız tədris edilən dərs daha keyfiyyətli olur, çünki bu içdən gəlir.Bu ucuz ətin şorbası deyil, bu millət eşqi ilə döyünən bir qəlbin nidasıdır! Bir azərbaycanlı əsla unutmamalıdır ki, küçədə, bazarda, məhəllədə və yaxud başqa bir yerdə gördüyü lakin fikir vermədən yanından ötüb keçdiyi o uşaqlar onunla eyni qanı daşıyan millətinin, öz bacı qardaşlarının övladlarıdır!”.
Etikxeber.az





