Putin Əliyevə-ZƏNG ETDİ…

Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Etikxeber.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaları, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustinin bu günlərdə Bakıya səfəri zamanı təmaslarını nəzərə alaraq, sənaye və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin praktiki olaraq həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafının davam etdirilməsinə dair qarşılıqlı maraqlarını bir daha ifadə ediblər.

Müzakirə olunan məsələlərin icrası məqsədilə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

Etikxeber.az

Read Previous

“Məni ən çox Şəhid balamın paltarlarının, əşyalarının, medallarının yanıb kül olması yandırır…”-BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI TOĞRUL XUDİYEVİN VƏ QAZİ, ÜÇ MEDALLI HƏBİB XUDİYEVİN ANASI KÖNÜL SƏMƏDOVA – FOTOLAR

Read Next

Beyləqanlı Şəhid ailələri quda oldu-ŞƏHİD BACISI İLƏ ŞƏHİD QARDAŞININ NİŞAN MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir