“Putin ağır bədəl ödəyəcək”-BAYDEN – ABŞ BU DƏFƏ UKRAYNAYA 800 MİLYON DOLLARLIQ SİLAH VƏ HƏRBİ TEXNİKA YARDIMINI ELAN ETDİ

Putin çox ağır bir bədəl ödəyəcək.

Etikxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.

O, qeyd edib ki, Ukraynaya bundan sonra da maliyyə yardımı, o cümlədən hərbi yardım göstəriləcək.

Bildirib ki, Ukraynaya daha 800 milyon dollarlıq silah və hərbi texnika yardımı ediləcək.

Bayden eyni zamanda deyib ki, anlamı olmayan müharibənin, Rusiya işğalının dayandırılması üçün bütün addımlar atılacaq, Rusiya iqtisadi cəhətdən çökdürüləcək:

“Biz qətiyyətliyik, Putin bunun əvəzini çox ağır ödəyəcək. Qarşıdakı günlərdə daha da çox işlər görəcəyik. Biz Rusiya iqtisadiyyatının belini qırırıq. Biz təmin edəcəyik ki, Putin heç vaxt Ukraynada qələbə qazanmayacaq.

Biz Putinin işğal təhdidini çox ciddi qəbul etdik. Mən Ukraynanın təhlükəsizliyini təmin etmək üçün yeni əmr verdim, səlahiyyətimdən istifadə edərək 800 milyon dollarlıq yeni dəstək paketi ayırdım. Bu yardımla Ukrayna öz hava məkanını qoruya biləcək”.

Bayden qısa niqtindən sonra Ukraynaya 800 milyon dollarlıq silah və hərbi texnika yardımını nəzərdə tutan sənədi imzalayıb.

Etikxeber.az

Read Previous

Daha 115 yeni yoluxma-DAHA 6 ÖLÜM

Read Next

Ərdoğan növbəti dəfə-ZELENSKİ İLƏ DANIŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir