PUTİN BU DƏFƏ ƏRDOĞANA “HƏ” DEDİ – Politoloq yazır

Rusiya prezidenti Vladimir Putin Tehranda türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı eşitmədi, onun Suriyanın İdlib şəhəri üçün atəşkəs istəyinə 3 dəfə ”yox” dedi.

Tehranda bir az dərinə getsəydilər Astana prosesi (Türkiyə-Rusiya-İran dialoqu) dağılacaqdı.

Sentyabrın17-də Ərdoğan yenə Putinlə görüşdü.

Bu dəfə Putin Ərdoğanın arqumentlərini qəbul etdi. Rusiya İdlibə hücum etməyəcək.

Bunun əvəzinə rusiyalı və türkiyəli hərbçilər İdlib ətrafında təhlükəsizlik zolağı yaradacaqlar.

Ancaq Putinin iki şərti yenə gündəmdədir.

Birinci şərt – İdlib istiqamətindən Rusiyanın Suriyadakı hərbi bazalarına hücum təhlükəsi olmamalıdır.

İkinci şərt – İdlibdəki terrorçular ağır silahları ərazidən çıxartmalı, bir müddət sonra isə özləri də şəhəri tərk etməlidirlər.

Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək.

Bütün hallarda bugünkü razılaşma hər iki dövlətin xeyrinədir.

Rusiya İdlibə hücum etməyib terrorçuların bölgəni tərk etməsinə nail olarsa həm Qərbin təzyiqlərindən yaxa qurtaracaq (çünki hücum olsaydı çox sayda insan öləcəkdi), həm də Suriyada hərbi varlığını gücləndirəcək.

Türkiyə isə İdlibə hücumun qarşısını almaqla həm qətliamın qarşını aldı, qaçqın axını ilə üzləşməyəcək, həm də Suriyadakı hərbi varlığını Rusiya ilə birgə gücləndirəcək.

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

Bütün diyarlardan göyçəkdi ölkəm – JALƏ ƏLİYEVA “ŞÖHRƏT” ORDENLİ CAVİD QURBANOVDAN YAZDI

Read Next

Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir?.. – ƏLİ HƏSƏNOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir