“Putin informasiya köpüyü içindədir…”-UKRAYNA PREZİDENTİ

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya lideri Vladimir Putin informasiya köpüyü içindədir.

Etikxeber.az-ın xəbərinə görə, Zelenski bu barədə ABC News-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Putin Ukraynada başlatdığı müharibəni bitirə bilər.

“Putin informasiya köpüyü içindədir, o, özü başladığı müharibəni bitirə bilər”– deyən Ukrayna prezidenti əlavə edib ki, onu seçən insanlar təslim olmağa və ultimatumlara hazır deyil.

Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl vurğulamışdı ki, Ukrayna ukraynalılara sülhə necə gələcəyimizi izah edənə qədər Rusiya ilə danışıqlarda israrlı olacaq.

Etikxeber.az

Read Previous

“Şəhid ailələri hər zaman böyük ehtirama layiqdir, bu ehtiram bizim borcumuzdur”-QƏNİRƏ PAŞAYEVA ŞƏHİD ASİF ABIŞOVUN ANASI İLƏ GÖRÜŞDÜ – FOTOLAR

Read Next

İlham Əliyev Türkiyəyə səfər edəcək-MARTIN 10-DA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir