Putin Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban Arif qızı Əliyevaya təbrik məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, məktubda deyilir:

mehriban xanim-preziodent

“Hörmətli Mehriban Arif qızı.

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər.

Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm.

Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq diləyirəm”.

Etikxeber.az

 

Read Previous

Zahid Oruc Ombudsmanı sərt tənqid etdi – YENİLƏNİB (2)

Read Next

Politoloq: “Putinin ruporlarından sayılan Kiselyov ermənilərin haray-həşirinə yaxşı cavab verdi…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir