Putin və Tramp arasında telefon danışığı baş tutdu

ABŞ prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə “Röyters” ABŞ administrasiyasındakı yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Məlumata görə, telefon danışığı 45 dəqiqə davam edib.

Danışıqların təfərrüatı barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bu, Trampın inauqurasiyasından sonra Rusiya və ABŞ liderləri arasında ilk telefon danışığıdır.

Bu gün D.Tramp həmçinin Almaniya kansleri Angela Merkel və Yaponiyanın baş naziri Sindzo Abe ilə telefon danışığı keçirib.

Etikxeber.az 

Read Previous

“Konotori-6” pilotsuz yük gəmisi kosmik təmizləyici funksiyasını yerinə yetirəcək

Read Next

“Chevron”-un gəliri və xalis mənfəəti artıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir