Putin yenidən Əliyevə-ZƏNG ETDİ…

Noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Etikxeber.az xəbər verir ki, telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib.

Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib.

Etikxeber.az

Read Previous

Yolların yenidən qurulmasına 4,23 milyon manat ayrıldı-SƏRƏNCAM

Read Next

18 küçə və prospektdə sıxlıq var-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir