“Putinin Köçəryana təbriki “Paşinyan necə gəlibsə, elə də gedəcək” deməkdir” – DEPUTAT

Rusiya Prezidenti Vladimir Putinin Robert Köçəryanın 65 illiyi ilə bağlı göndərdiyi təbrik məktubu onun özündən çox, fikrimcə, Ermənistanın indiki rəhbəri Nikol Paşinyana ünvanlanıb. Xəbəri olmayanların nəzərinə çatdırıram ki, cənab Putin həmin məktubunda “iki ölkə arasında müttəfiqlik əlaqələrərinin möhkəmlənməsində böyük zəhmət çəkən” Köçəryanı “Rusiyanın əsl dostu” adlandırır.

Bu, əslində Köçəryana qiymət yox, Paşinyana daha bir xəbərdarlıqdır ki, o, Rusiyanın “əsl dostu”nu tutdurmaqla iki ölkə arasındakı “müttəfiqliyi” şübhə altında qoyur. Yəni, Moskvada bu həbs hüquq, yaxud da, siyasət məsələsi deyil, məhz geosiyasi akt kimi qiymətləndirilir.

Etikxeber.az  xəbər verir ki, bunu millət vəkili, politoloq Sahib Alıyev qeyd edib.

Onun sözlərinə görə, burada bizim üçün aktual olan təbii ki, Ermənistanın baş nazirinin bu xəbərdarlığı da qulaqardına vuracağı halda, regionda proseslərin hansı yöndə cərəyan edəcəyidir.

koct

pasin-masin

sahib_aliyev_054

“Düşünürəm ki, məktubda bu suala da cavab verilir.

Orada Köçəryana ruhdan düşməmək və “möhkəm dayanmaq” tövsiyə edilir ki, məncə, bu da “gözlə, hər şey yaxşı olacaq, yəni, Paşinyan necə gəlibsə, elə də gedəcək” deməkdir.

Və bu, həm də o deməkdir ki, Paşinyanın hərəkətlərinə görə, Rusiyanın Ermənistana yanaşması dəyişməyib və dəyişməyəcək, bu işğalçı ölkə necə indiyə kimi cəzalandırılmayıbsa, indən sonra da cəzalandırılmayacaq.

Cəzalandırılan da, dəyişən də, sadəcə, Ermənistanın indiki rəhbərliyi olacaq, vəssalam”-deyə, S. Alıyev sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Neftçi” ilk qələbəsini qazandı və… – YENİLƏNİB

Read Next

“Fənərbağça” Qustavo, “Monako” Bakayoko ilə anlaşdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir