Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın və müttəfiqlərinin Suriyaya raket zərbələrinin endirməsini müzakirə edib.
Etikxeber.az-ın verdiyi xəbərə görə, prezidentlər ABŞ və müttəfiqlərinin Suriyaya raket zərbələri endirməsi nəticəsində bu ölkədə gərginləşən vəziyyəti müzakirə ediblər.
V.Putin qeyd edib ki, Qərb ölkələrinin bu cür addımları BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.
“Rusiya və Suriya tərəfi son hadisələr fonunda Suriyada siyasi nizamlanma prosesinin real irəliləməsinə istiqamətləndirilmiş ikitərəfli qarşılıqlı əlaqələrin fəallaşdırılmasının vacibliyini qeyd ediblər” – deyə məlumatda bildirilir.
Eyni zamanda, qeyd edək ki, ABŞ da öz növbəsində Rusiyaya qarşı növbəti ittihamlar səsləndirib.
ABŞ hesab edir ki, Suriyada kimyəvi silahların məhv etdirilməsində beynəlxalq zəmanətçi qismində çıxış etmiş Rusiya Federasiyası üzərinə götürdüyü öhdəlikləri icra edə bilməyib. Bu isə Suriyada hərbi əməliyyatın keçirilməsi ilə nəticələnib.
Bu barədə jurnalistlərə brifinq zamanı ABŞ prezidenti administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.
“Rusiyanın Suriyada kimyəvi silahların məhvində zəmanətçi qismində iflasa uğradığı tam aydındır. Prezident Rusiyanın növbəti dezinformasiya kampaniyası keçirməsini gözləməməyə qərar verdi” – deyə, o, qeyd edib.
ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb.
Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.
Etikxeber.az





