Putinlə Əliyev nəyi-MÜZAKİRƏ ETDİLƏR? – YENİLƏNİB

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı olub.

Etikxeber.az  xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı prezidentlər fevralın 22-də Moskvada keçirilən Rusiya-Azərbaycan sammiti çərçivəsində ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə və Azərbaycan prezidentlərinin Rusiya ilə danışıqlar təşkil etməyi təklif etdiyini bildirib.

06:24

***

Dünən axşam saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Bu barədə isə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyət, həmçinin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müzakirə edilib.

Etikxeber.az

Read Previous

Daha bir ölkə Rusiya təyyarələrinin ölkəsinin hava məkanına daxil olmasına-QADAĞA QOYDU

Read Next

Kiyev tamamilə Ukrayna ordusunun nəzarətindədir-DÖVLƏT ADMİNİSTRASİYASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir