“Qəbələ” klubu “Ateitis Cup” turnirində iştirak edəcək

“Qəbələ” futbol klubunun yeniyetmələrdən ibarət komandası Vilnüsdə keçiriləcək “Ateitis Cup” turnirində iştirak edəcək.

Etikxeber.az xəbər verir ki, turnir hər birində 5 komanda olmaqla 2 qrupdan ibarətdir. “Qəbələ” “B” qrupunda qərarlaşıb və “Minsk” (Belarus), “Legion” (Estoniya), “Jalgiris” (Litva) və “Riqa” (Latviya) komandaları ilə qarşılaşacaq. Digər qrupda yerli “Baltay”, BATE, “Dinamo” (hər ikisi Belarus), “RFSH Riqa” (Latviya) və məşhur İtaliya “Torino”su çıxış edəcəklər.

Fevralın 24-də Latviya və Estoniya klubları ilə qarşılaşacaq Rakif Əliyevin komandası ertəsi gün digər iki rəqiblə münasibətləri aydınlaşdıracaq. Fevralın 26-da final oyunları ilə yekunlaşacaq turnirdə matçlar 25 dəqiqədən ibarət 2 hissədə oynanılacaq. “Qəbələ”nin keçirəcəyi sonuncu oyundan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılacaq. Bu barədə turnir təşkilatçıları ilə razılıq əldə edilib.

Etikxeber.az

Read Previous

Repressiya qurbanlarının xatirəsi Qazaxıstanda anılacaq

Read Next

Sumqayıt şəhər stadionu əsaslı təmir olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir