“Qəbələ” komandası Ukraynanın “Dinamo”, Albaniyanın “Kukesi” və Avstriyanın “Lints” klubları ilə qarşılaşacaq

Yeni mövsümə hazırlığın ilk mərhələsini başa vuran “Qəbələ” komandası ikinci təlim-məşq toplanışına iyunun 27-də start verəcək.

Etikxeber.az xəbər verir ki, “Qırmızı-qaralar” məşqlərini Avstriyanın Zalsburq bölgəsində keçirəcəklər. Komandamız iyulun 9-dək davam edəcək hazırlıqlar çərçivəsində üç yoxlama matçında qüvvəsini sınayacaq.

“Qəbələ” kollektivi iyunun 30-da Albaniyanın “Kukesi”, dörd gün sonra Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq. Roman Qriqorçukun yetirmələrinin toplanışdakı son rəqibi Avstriyanın “Lints” komandası olacaq. Bu oyun iyulun 8-də təşkil ediləcək.

Xatırladaq ki, 2017/2018-ci illər mövsümünə hazırlığına iyunun 3-də Bakıda başlayan “Qəbələ” ayın 7-dən 23-dək Avstriyanın Tirol bölgəsindəki İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışı keçirib və beş yoxlama görüşünə çıxıb.

Bu arada heyətini gücləndirməkdə davam edən “Qəbələ” daha bir transfer edib. Klub Hollandiyanın “Den Haaq” komandasından Surinam əsilli hollandiyalı müdafiəçi Dion Maloneni ilə iki illik müqavilə imzalayıb.

Etikxeber.az

Read Previous

“Bakı və Soçi bir-birinə rəqib deyil, sadəcə tərəfdaşdır…” – KOZAK – FOTO

Read Next

Qran-Prinin qalibinə kuboku İlham Əliyev təqdim edib – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir