“Qəbələ” Sənan Qurbanovun istefasını qəbul etdi

Azərbaycan Premyer Liqasının III turunun “Qəbələ” – “Keşlə” oyunundan (0:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov istefa verib.

Etikxeber.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən məlumatına görə, klub rəhbərliyi 39 yaşlı mütəxəssisin istefasını qəbul edib.

Qeyd edək ki, “Keşlə” klubunun heyətində Slavik Alxasov (10), Tural Bayramlı (39) və Lorenzo Frutos (45, 90) fərqləniblər.

Həmçinin, qeyd edək ki, bu qələbədən sonra “Keşlə” xalların sayını altıya çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Qəbələ”nin isə hesabında xal yoxdur.

2012-ci ildə “Qəbələ”nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışıb. Əvvəlcə komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub.

“Qəbələ” S.Qurbanovun rəhbərliyi altında Azərbaycan kubokunun 2018-2019-cu illər mövsümünün qalibi olub.

Etikxeber.az

Read Previous

Leyla Əliyeva Üzüm və Şərab Festivalında – FOTOLAR

Read Next

Təhsil qrantı ilə təhsil alan əcnəbi tələbələrə aylıq təqaüd veriləcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir