Qəbələli İkinci Vətən Müharibəsi Şəhidi-AİLƏNİN 3 ÖVLADINDAN BİRİ, 3 MEDALLI ADƏM HEYDƏROVUN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Bu gün Qəbələli İkinci Vətən Müharibəsi Şəhidi Adəm İkram oğlu Heydərovun ad günüdür.

Adəm Heydərovun bu gün 23 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Adəm Heydərov 2000-ci ilin martın 26-da Qəbələ rayonunun Bum kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.

Ailədə 3 övlad-bir bacı, iki qardaş olublar.

Adəm evin-ailənin sonbeşiyi, qardaş və bacısı ilə arasında 7-8 yaş fərqi olub.

Orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq, yenidən evinə-ailəsinə dönüb.

İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub.

Sentyabrın 29-dan oktyabrın 13-cən Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlərdə iştirak edib.

Və oktyabrın 13-də Ağdərə istiqamətində ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.

Ancaq Onun nəşini götürmək mümkün olmayıb.

Yalnız 35 gündən sonra nəşi əldə edilib və doğulub boya-başa çatdığı Bum kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Adəm həm də Bumun iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

O, eyni zamanda, İkinci Qarabağ Savaşında qəhrəmancasına Şəhid olan üç Adəmdən biridir.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ancaq ailəsi, valideynləri övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Ötən ilin noyabr ayının 17-də, Əbədiyyətə uğurlanmasının ikinci ilində-Anım Günündə isə ailəsinin şəxsi vəsaiti hesabına başa gəlmiş və adını daşıyan “Şəhidlər parkı”nın izdihamı açılışı mərasimi keçirilib.

Adəm həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin nəticəsidir”-İLHAM ƏLİYEV ŞARL MİŞELLƏ TELEFON DANIŞIĞINDA BELƏ DEDİ

Read Next

Rusiya PUA-ları məhv edildi-UKRAYNADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir