“Qədim Qəbələ”də iftar mərasimi-“DƏMİR YUMRUQ” “BOBO CONSTRUCTİON” VƏ “TRİUMF PALACE”-NİN DƏSTƏYİ İLƏ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİ İFTAR SÜFRƏSİNDƏ BİR ARAYA GƏTİRDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

13 aprel 2023-cü il tarixində, axşam saatlarında Bakının Xətai rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iftar süfrəsi verilib.

Etikxeber.az xəbər verir ki, iftar süfrəsində Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, ziyalılar, yaradıçı insanlar, sənətçilər, “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin üzvləri iştirak ediblər.

İftar mərasimində 11 aprel 2023-cü il Şəhidləri də daxil olmaqla, cəmi Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Azanın oxunması ilə iftar mərasiminə başlanılıb.

Daha sonra çıxışlar edilib.

Şəhid ailələri-Şəhid anaları və Şəhid ataları, Qazilər, keçmiş hərbçilər, ziyalılar və digər şəxslər çıxış ediblər.

“Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin rəhbəri Ülviyyə xanım iftar mərasiminə görə “Bobo Construction”-a, “Triumf Palace”-yə və “Qədim Qəbələ” restoranın rəhbərliyinə minnətdarlığını ifadə edib, o cümlədən iftar süfrəsində iştirak edənlərə özü və Cəmiyyəti adından təşəkkürlərini dilə gətirib.

O, hər kəsi, xüsusilə Şəhid ailələri və Qaziləri qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

Hər kəsə, ölkəmizə dinclik, əmin-amanlıq arzulayıb.

İftar mərasimində edilən çıxşlarda bir daha Şəhidlərin İgidliyi və Qəhrəmanlığından, onların fədakarlıqlarından, tarixi Qələbə və Zəfərimizə verdikləri töhfələrdən danışılıb.

Şəhidlərimizə daim borclu olduğumuz bildirilib, onların unutmadığımız, unutmağa haqqımızın olmadığı və unutmayacağımız ifadə edilib.

İftar mərasimində eyni zamanda, Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər, mahnılar və İlhailər ifa edilib.

100-ə yaxın isanın qatıldığı İftar mərasimi 3 saatdan artıq davam edib.

23:40

***

FOTOLAR:

23:58

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəklədi”-ƏLİYEV – FOTO – YENİLƏNİB – (6)

Read Next

Ailənin dörd övladından biri, üç övlad atası, peşəkar hərbçi, Xüsusi Təyinatlı-VƏTƏN SEVDALISI-QAZİ XƏZƏR SƏRDAR OĞLU ABDULLAYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir