“Daha 20 kənd…Qələbə Onundur, onlarındır, Qalibiyyət Onundur, onlarındır! Ali Baş Komandana, Azərbaycan Ordusuna yalnız və yalnız Qələbə, Zəfər, Qalibiyyət yaraşır!”-JALƏ ƏLİYEVANIN YAZISI

Hər gün Zəfər yazan müzəffər Ordumuz dünən Azərbaycanın Zəfərinə daha bir Zəfər yazdı…

Ali Baş Komandan-Baş Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu düşmənə növbəti dərs verdi, növbəti öldürücü-sarsıdıcı zərbə vurdu…

Cəbrayılın, Füzulinin və Zəngilanın daha bir neçə kəndini, üst-üstə 21 kəndimizi murdar erməni tapdağından azad etdi…

Son 27 ildə qəddi-qaməti əyilmiş, beli dərdlərdən, acılardan bükülmüş xalqımızı bir daha silkindirdi, yerindən kükrətdi, özünə gətirdi, özünə qaytardı…

Son deyil, son da olmayacaq, hələ çox Qələbələr qazanılacaq, hələ çox Zəfərlər əldə ediləcək.

Qarabağımızın, Şuşamızın, Lacınımızın, Xocalımızın, Qubadlımızın, Əsgəranımızın, Kəlbəcərimizin…son qarışı belə işğal azad olunmayınca, siyrilən qılınc qınına qoyulmayacaq.

Xocalının, Ağdabanın, Meşəlinin, Umudlunun, Qaradağlının… qisası alınmayınca, sakit dayanılmayacaq.

İrəli, İrəli, yalnız İrəli!

Ordumuza da yaraşan budur, onun Baş Sərkərdəsi, Qələbələrimizin, Zəfərlərimizin Baş Memarı-Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə də yaraşan budur!

Qələbə Onundur, onlarındır, Qalibiyyət Onundur, onlarındır!

Onlara yalnız və yalnız Qələbə, Zəfər, Qalibiyyət yaraşır!

Bəli, tarixi anlar, tarixi günlər, əsrlərə sığmayacaq tarixi əfsanə, qəhrəmanlıq dastanı yaşanır, yaşadılır.

Bunlar da bir günün, beş günün işləri, zəhmətləri deyil…Bunlar 1993-cü ilin iyunundan, Ulu Öndərimizin ikinci dəfə hakimiyyətə qayıdışından və onun siyasətinin layiqli  davamçısı-ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyət estafetini qəbul etməsindən sonra illərlə çəkilən zəhmətlərin, əməklərin, xidmətlərin, fədakarlıqların nəticəsi, töhfəsi, tərənnümüdür.

Bəzən diletantcasına səsləndirilən fikirlərə, iddialara da rast gəlirdik ki, bəs orduya ayrılan pullar hanı, hanı texnika, silah-sursat və sair.

Təbii ki, bunlar heç də canıyananlıqdan, vətəni sevməkdən, xoş məramdan irəli gəlmirdi…Bunu iddia edənlərin məramları başqa idi və sentyabrın 27-dən sonra yaşananlar, yazılan Zəfər, Qələbə tarixləri, dərsləri bir daha həmin iddiaların, onun səsləndirənlərin necə də boş və mənən çürük olduğunu göstərdi.

Çünki məhz Orduya ayrılan, xərclənən pulların hesabına Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır.

Hər il hərbi büdcənin artırılması hesabınadır Azərbaycan Ordusunun gücü, qüdrəti, yüksək döyüş qabiliyyətinə malik olması.

Təbii ki, burada mənəvi amilləri də gözardı etmək olmaz, onlar da əsasdır, önəmlidir, Ordumuzun güc, qüvvət mənbəyidir.

Ancaq eyni zamanda,Ordu quruculuğu istiqamətində illərdir aparılan məqsədyönlü, ardıcıl siyasət, işlər nəticəsində Ordumuz məhz bu dərəcədə qüdrətli və güclü oldu. Yəni, çəkilən zəhmətlər, əməklər yerdə qalmadı.

Azərbaycan Ordusu adına, şanına layiq şəkildə düşmən üzərinə şığıyaraq, onun məğlubiyyətlərdən-məğlubiyyətlərə uğratdı, darmadağın, yerlə-yeksan etdi və bu gün də etməkdədir.

Elə ayın 27-dən bu yana, 23-24 gün ərzində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikasının statistikasına baxmaq kifayətdir ki, Azərbaycan Ordusunun nə qədər güclü, qüdrətli olması bir daha gözlər önünə sərilmiş olsun.

Belə ki, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb – toplam 280 tank. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib.

Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi – “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb…

Bu sıyahı son deyil, son olmayacaq, anbaan dəyişir və hələ çox dəyişəcək…Düşmən, onun havadarları hər mənada, hər cəbhədə yenilənəcək, sinsidiləcək, əziləcək, məhv ediləcək.

Eyni zamanda, xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir.

 Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır. Xalqın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradıb.

Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur.

Bir sözlə,  Ali Baş Komandanın Azərbaycan xalqına növbəti tarixi müraciətində deyildiyi kimi, düşmənə layiqli cavab veririk, düşməni cəzalandırırıq, düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!

Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!

P.S Yazını yekunlaşdırarkən Ali Baş Komandanın növbəti müjdəsini aldıq, dalbadal 3 “twit” yazdı, Zəngilanın, Füzulinin və Cəbrayılın üst-üstə daha 20 kəndinin işğaldan azad edildiyini və Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunduğunu bütün Azərbaycana, dünyaya duyurdu.

Yaşa, Qalib Baş Sərkərdəm, yaşa şanlı Ordum, yaşa, can Azərbaycanım!

19:07

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Ağdamı şumlayıblar…Amma əvvəlkindən daha gözəl evlər tikəcəyik…Bu evlərə sement yox, sevinc göz yaşları vuracağıq”-AQİL ABBAS

Read Next

MN cəbhədə oktyabrın 23-nə olan vəziyyət haqqında-MƏLUMAT YAYDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir