Qələbə paradına hazırlıq məqsədilə hərbi təyyarələr Bakı səmasında-UÇUŞLAR KEÇİRDİ…

İkinci Vətən Müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

Etikxeber.az xəbər verir ki, Silahlı Qüvvələrin hərbi təyyarələri parada hazırlıq məqsədilə bu gün Bakı buxtası üzərində uçuşlar keçirib.

Qeyd edək ki, dekabrın 10-da Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin İkinci Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Etikxeber.az

Read Previous

Azərbaycanda qazilərə və şəhid ailələrinə dəstək üçün YAŞAT fondu yaradıldı-FONDUN HİMAYƏÇİLİK ŞURASININ TƏRKİBİ TƏSDİQLƏNDİ – YENİLƏNİB

Read Next

İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası “8 noyabr”-ADLANACAQ – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir