Qənirə Paşayeva 1 həftədə 300-ə yaxın vətəndaşla görüntülü danışdı, onları dinlədi-DÖVLƏT QURUMLARINA MÜRACİƏT ETDİ

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva son 1 həftədə 300-ə yaxın vətəndaşla online qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

Etikxeber.az-ın xəbərinə görə, eyni zamanda, millət vəkilinin köməkçisi tərəfindən 200-dən çox müraciət dinlənilib.

Millət vəkili həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb.

Bəzi vətəndaşların müraciətləri ilə bağlı isə Q.Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

Müzakirələr zamanı millət vəkili vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.

Millət vəkili həmçinin, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

Etikxeber.az

Read Previous

Ali və orta ixtisas üzrə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün-QEYDİYYAT BAŞLADI

Read Next

Xüsusi karantin rejimi bu dəfə 13 şəhər və rayonda tətbiq olunacaq, Bakıdan rayonlara gediş-gəlişə, avqustun 31-dək toy və yas mərasimlərinin keçirilməsinə yenə-İCAZƏ VERİLMƏYƏCƏK – OPERATİV QƏRARGAH AÇIQLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir