Qənirə Paşayeva 48 yaşında vəfat etdi-SABAH İKİNCİ FƏXRİ XİYABANDA DƏFN OLUNACAQ – YENİLƏNİB

 Millət vəkili Qənirə Paşayeva vəfat edib.

Etikxeber.az xəbər verir ki, deputat xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci ilin 24 martında Tovuz rayonunda anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

O, 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.

2005-ci ildə isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

Qənirə Paşayeva Milli Məclisin 3,4,5 və 6-cı çağırış üzrə deputatı olub.

O, “Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı şahidlərinin dilindən”, “Türk ruhunun söz bayrağı Əhməd Cavad” və “Səndən sonra” kitablarının müəllifidir.

Deputat səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

***

Qənirə Paşayeva 29 sentyabrda İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

Mərhumla vida mərasimi sabah saat 10.00-da Heydər Məscidində keçiriləcək.

Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

Antiterror tədbirlərində Şəhid olan 6 hərbçinin-KİMLİYİ MÜƏYYƏNLƏŞDİ

Read Next

“Əfsanəvi tabor”un Şəhidlərindən olan “Qarabağ” ordenli Kamil Şirinov və MAXE, Goranboylu Cahangir Qurbanovun-ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 3 İL KEÇİR, BU GÜN HƏR İKİ ŞƏHİDİN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir