Qənirə Paşayeva Abid Şərifovla Tovuzdakı vəziyyətdən danışdı

“Əziz Tovuzlular! Əziz Cəlilli, Mülkülü,Əlimərdanlı,Xatınlı,Qaraxanlı,Qədirli və Cilovdarlı kəndlərinin sakinləri!Bir az öncə Baş Nazirin müavini Abid Şərifovla kəndlərimizə yağan dəhşətli dolu səbəbindən sizə dəyən zərər barədə müzakirələr apardıq. Sizin vəziyyətinizi və hökumətimizdən dəstək gözləmənizi, özəlliklə tamamilə sıradan çıxan dam örtüyü üçün şifer yardımı edilməsi başda olmaqla dəyən ziyanın aradan qaldırılması istiqamətində yardım göstərilməsi xahişinizi Abid müəllimin diqqətinə çatdırdım”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

O, bildirib ki, özəlliklə maddi imkanları aşağı ailələrə dəyən zərərin aradan qaldırılması istiqamətində ilk növbədə dəstək göstərilməsini millət vəkili olaraq xahiş edib.

“Abid müəllimə təşəkkür edirəm ki diqqətlə dinlədi, Tovuz icra hakimiyyətinin başçısı Tofiq müəllimlə də telefonla danışdı və vəziyyətin dəyərləndiriləcəyini və insanlara dəstək göstərilməsi istiqamətində imkanların nəzərdən keçiriləcəyini, imkanlar çərçivəsində dəstək göstəriləcəyini bildirdi.

Eyni zamanda, sizin vəziyyətinizlə bağlı məsələni Fövqaladə Hallar Nazirliyinin də geniş şəkildə diqqətinə çatdırdım və dəstək göstərilməsini xahiş etdim. Çətin vəziyyətdə qalan ailələrimizin vəziyyəti sizi qədər bizi də narahat edir. Demək olar ki bir saat ərzində ən azı 10-15 kənd sakinimizin telefon zənglərini, üzləşdiyi çətinliklərlə bağlı fikirlərini dinləyirik və vəziyyəti ətraflı bildiyimiz üçün bütün günü müvafiq dövlət qurumlarına gedərək, zəng edərək vəziyyəti çatdırıb, dəstək göstərilməsini xahiş edirik.

Ümid edirik ki dövlət qurumlarımız özəlliklə çətin vəziyyətdə qalan ailələrimiz başdda olmaqla müəyyən yardım və dəstək göstərəcəklər. İnşallah sabah axşama doğru rayonda da sizinlə görüşəcəyik. Allah bütün insanlarımıza yardımçı olsun!“-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə 5,3 milyon manat ayrıldı – SƏRƏNCAM

Read Next

AKP-də “Kürdüstan” dartışması: “BU İFADƏ EDİLƏ BİLMƏZ”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir