Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Qənirə Paşayeva AŞPA –da 15 iyul çevriliş cəhdindən danışıb və təşkilatı Türkiyəyə daha çox dəstək verməyə çağırıb .
Etikxeber.az-ın məlumatına görə, Q. Paşayeva Liberal Qrupda Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı müzakirələr zamanı çıxış edərək, AŞPA-nı, Avropa ölkələrini Türkiyəyə daha çox dəstək verməyə çağırıb:
“15 iyul gecəsi Türkiyə bir dövlət çevrilişi cəhdi ilə üz-üzə qalmışdı. Burada, Parlament Assambleyasının üzvü olan millət vəkili həmkarlarımızı da o gecə Türkiyə Böyük Millət Məclisi bombalanarkən öldürmək istəmişlər. Dövlət çevrilişinə cəhd edənlər demokratik sistemi hədəf almış, demokratiyanı ortadan qaldırmağı məqsəd saymışlar, Parlamenti, Prezident iqamətgahını, polis idarələrini hərbi təyyarələrlə bombalamış və xalqın dirənişini əngəlləmək üçün helikopterlərlə mülki vətəndaşları qətlə yetirmişlər. Digər tərəfdən, Türk xalqı tarixdə bənzərinə az rastlanan bu xəyanət cəhdinə qarşı yenə bənzəri olmayan bir demokratiya mücadiləsi verib.
Türk xalqı, siyası partiyalar fərqli siyasi görüşlərinə rəğmən qətiyyətlə bu cəhdə qarşı durmuşlar. Hərbi təyyarələrə və tanklara qarşı Türk milləti silahsız bir şəkildə canı bahasına da olsa, çox böyük bir vətəndaş müqavimətinə imza atmışdır. Mən də qardaş Azərbaycan xalqı adından onları həm təbrik edir, həm də təşəkkürümü çatdırıram. Çünki Türk milləti o gecə sadəcə öz ölkəsini deyil, Avrupa Şurasının ən təməl dəyəri olan demokratiyanı xilas etmiş oldu. Bu məqamda onu da bilməyimiz lazımdı ki, Türkiyə dünyada bənzərinə çox da rast gəlinməyən terror təşkilatları ilə də üz-üzədir. Türkiyə bu gün terror təşkilatlarının hədəfindədir və AŞPA-nın bu dönəmdə daha çox Türkiyənin yanında olmasına ehtiyac var. Mən Türkiyənin cənub-şərqində yaşanan olaylar haqda da danışmaq istəyirəm”.
Onun qeyd etdiyinə görə, PKK teror təşkilatı son dövrlərdə daha da aktivləşərək Türkiyədə bir çox terror aktları törədir və insanlıq əleyhinə bu əməllərini davam etdirir:
“Türkiyənin PKK ilə mücadiləsinə də AŞPA, Avropa ölkələri ciddi dəstək göstərməlidir. Digər tərəfdən, Türkiyə bu gün İŞİD-lə ciddi mücadilə verir. Bu terror təşkilatı ilə mücadilədə də Türkiyəyə dəstəyin artması lazımdır. Türkiyənin bütün terror təşkilatlarına qarşı yürütdüyü haqlı mücadiləsində AŞPA olaraq Türkiyənin yanında olmalı, həmkarlarımıza dəstəyimizi hiss etdirməliyik. Bunu açıq şəkildə bildirmək istəyirəm ki, Avropa terrorla mübarizə məsələsində Türkiyəyə yətərli dəstəyi vermir. Terror hər şeydən öncə insanlıq əleyhinə bir cinayətdir. Mən, Türkiyənin bir çox bölgələrində şəhid ailələri ilə görüşmüşəm. Bu görüşlərdə terrordan zərər görmüş insanların AŞPA da daxil, bir çox Avropa qurumlarına qarşı inamılarının itdiyini müşahidə etmişəm. O insanlar, Avropanın Türkiyəyə ikili standartlarla yanaşdığını düşünürlər. Bu baxımdan, AŞPA və Liberal Qrupun terrora qarşı mübarizədə hər zaman Türkiyənin yanında olduğunu bəyan etməsi zəruridir”.
Etikxeber.az