Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azad Demokratlar Qrupunun sədrini əvəz edərək, təşkilatın AŞPA Prezident Komitəsində iştirak edib.
Bu haqda Etikxeber.az-a millət vəkilinin özü məlumat verib.
O, qeyd edib ki, AŞPA prezidenti Michele Nikolleti və AŞPA-da təmsil olan Xristian Demokratlar, Avropa Mühafizəkar, Sosialist, Avropa Liberal və Avropa Sol partiyaları sədrlərinin iştirakı ilə keçirilən müzakirələr qış sessiyasının əsas məqamlarını, eləcə də, aprel ayında keçiriləcək yaz sessiyasının gündəliyini və Avropa məkanında baş verən bir sıra önəmli məsələləri əhatə edib.Q.Paşayevanın bildirdiyinə görə, o, Azad Demokatlar Qrupu adından təkliflərlə çıxış, təşkilatın sədri, qrup rəhbərləri tərəfindən irəli sürülən bir sıra fikir və təkliflər ətrafında müzakirələrdə fəal iştirak edib.
Etikxeber.az