Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Atatürk Mərkəzində “Dünya Alpaqut Federasiyası” beynəlxalq idman təşkilatının növbədənkənar toplantısı keçirilib.
Federasiyadan Etikxeber.az-a bildiriblər ki, toplantıda Dünya Alpaqut Federasiyasının idarə heyətinin yeni tərkibi müəyyənləşib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva federasiyanın birinci vitse-prezidenti, Araz Abdullasoy isə təşkilatın hüquqi məsələlər üzrə vitse-prezidenti seçilib.
Dünya Alpaqut Federasiyası 2014–cü ildə Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə rəsmi qeydiyyatdan keçmiş beynəlxalq idman təşkilatıdır. Prezidenti millət vəkili Nizami Cəfərov olan federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Çexiya, Gürcüstan, İran, Pakistan, Hindistan, Özbəkistan və Rusiya (Yekaterinburq, Moskva vilayəti, Başqırdıstan) üzrə rəsmi nümayəndəlikləri var.
Alpaqut Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintez edilmiş döyüş növüdür. Alpaqut adı XI əsrdə Mahmud Qaşqarlı tərəfindən yazılmış “Divani-lüğәt-it-türk” lüğətindən götürülüb. Qədim dövrdə alpaqut xaqan qvardiyasının – buyrukların içərisində öz igidliyi ilə seçilən alplara verilən titul olub. Xaqanın mühafizə olunmasında alpaqutlara xüsusi üstünlük verilirdi. Bundan başqa, alpaqutlar başqa bir vəzifəni də yerinə yetirirdilər. Onlar təkbaşına düşmən qoşununun içərisinə girir və onlarda qorxu hissi yaradırdılar. Məhz buna görə də alpaqutlar türk xalqlarının hərb mədəniyyətində tarix boyu xüsusi hörmətə layiq görülüblər.
Etikxeber.az