Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Tovuzdan 4-cü dəfə deputatlığa namizəd, professor Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir.
Etikxeber.az-ın xəbərinə görə, o, növbəti dəfə şəhid ailəsini ziyarət edib.
Belə ki, Tovuzun Qədirli və Çilovdarlı kəndlərini ziyarət çərçivəsində millət vəkili şəhid ailəsinə baş çəkib, fikir mübadiləsi aparıb, xeyir-dualarını alıb.
“Qəhrəman şəhidlərimizin ailələrinin dəstəyi mənim üçün ən önəmli dəstəkdir”– deyən Q.Paşayeva onların hər birinə təşəkkür edib və “hər zaman yanınızdayıq” deyib.
“Şəhid ailələri başımızın tacıdır. Allah hər zaman yardımçıları olsun! Təkrar dəstək və etimadları üçün bir daha təşəkkürlər!”-deyə, o, əlavə edib.
Etikxeber.az





