Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva nümayəndə heyəti adından adıçəkilən quruma üzv ölkələrə işğalçı Ermənistanın iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar, ön cəbhə kəndlərində mülki vətəndaşları hədəfə almaları kimi vandalizm əməlləri, işğalçı Ermənistan rəhbərliyinin cinayətkar əməlləri barədə geniş məlumatların öz əksini tapdığı müraciət ünvanlayıb.
Bu haqda Etikxeber.az-a Q. Paşayevanın özü məlumat verib.
Qeyd edib ki, bu müraciət artıq APA baş katibliyi vasitəsilə Assambleyanın bütün üzv ölkələrinin nümayəndə heyətlərinə göndərilib.
Etikxeber.az