Qənirə Paşayeva gileyləndi: “Vermədiyim açıqlamaya Mikayıl müəllimin necə əsəbləşə bilməsi barədə yazılana cavab verə bilməyəcəm”

Ölkəmizdə media sahəsində ömrümün bir hissəsini keçirsəm də anlamağa çətinlik çəkdiyim hadisələrlə rastlaşıram və bunun sonu nə olacaq deyə çox narahat düşüncələr bürüyür məni. Bəzi saytlar sizin adınızdan açıqlama veribsiniz kimi məlumat verirlər, sonra da ona kiminsə əsəbləşdiyini yazır və sonra da sizin açıqlamanıza düzəliş etdiyinizi yazırlar. Allah millətimizi qorusun! Bir nəfər də çıxıb soruşmur ki, ay qardaş, ay bacı, axı, adam bu açıqlamanı harda verib ki, o, əsəbləşən adam onu görüb və o adam da açıqlamasına nə düzəliş edib, axı…

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

“Əziz dostlarım, vallah, ayıbdır. Mərdi qova-qova namərd etmək prinsipi ilə çalışmayın, yaşamayın”-deyə, sözlərinə əlavə edən millət vəkili qeyd edib ki, birincisi, o,  gözləri görməyən Günayı işə düzətməyi barədə nə öz Fb səhifəsində yazıb,  nə də hansıs bir mətbuat orqanına açıqlama verib.

“Tam əksinə, səhifəmdə yazdığım açıqlamamda Təhsil nazirimiz, dəyərli dostumuz Mikayıl Cabbarova bununla bağlı məlumatı çatdırdığımız zaman həmin dəqiqə reaksiya verib ,Günay balamızı işlə təmin olunmasını həyata keçirdiyi üçün təşəkkür yazmışam. Mənim vermədiyim açıqlamaya Mikayıl müəllimin necə əsəbləşə bilməsi barədə yazılana isə cavab verə bilməyəcəm. Çünki sadəcə, məntiqlə izah edə bilmərəm. Gözəl niyyətlərlə edilən addımlarla bağlı bu cür hərəkətlər vallah, nə Allaha, nə də normal insanlara xoş gedə bilər.

Məni tənqid etmək, lap pislik etmək istəyirsinizsə,edin. Amma bu cür əsassız şeylərlə doğru deyil. Normal insanlar oturub məntiq axtara bilərlər. Bu açıqlamanı hara verib deyə, araya bilərlər axı…İnanıram ki, dost səmimiyyəti ilə yazdıqlarımından başqa anlam çıxarmayacaq bunu yazanlar. Sadəcə, düşünəcəklər. Reytinq xatirinə hər şeyə yol vermək olmaz…“-deyə, millət vəkili daha sonra bildirib.

Etikxeber.az

Read Previous

“Qəbələ” növbəti oyununu Almaniyanın “Mayns” klubuna qarşı keçirəcək

Read Next

Atəşkəs rejimi ümumilikdə 8 dəfə pozulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir