Qənirə Paşayeva Heydər Əliyevdən yazdı

Bu gün ümummilli liderimiz,mənim və onlarla jurnalistin,minlərlə gənc insanın,bütün xalqımızın və dövlətimizin həyatında böyük rolu və müstəsna xidmətləri olan Heydər Əliyevin doğum günüdür. İllər keçir amma illər onun nə qədər böyük bir Lider, Şəxsiyyət və İnsan olduğunu daha da çox hiss etdirir,anladır bizə.

Həyatımda çox şey öyrəndiyim böyük Lider, əziz İnsanı hər zaman sevgi, sayğı və rəhmətlə anıram. Milyonlarla azərbaycanlı, sadəcə, bu gün deyil, hər zaman onu sevgi, sayğı və rəhmətlə anır.

Onunla son müsahibədən sonra söhbətimizdə ölkəmizlə bağlı, onun sadəcə bu günü ilə deyil, gələcəyi ilə də bağlı çox önəmli məsələlərə toxunub,”qızım sən jurnalistsən,cəmiyyətdə fəal rol oynayır jurnalistlər bunları bilməlisiniz və heç bir zaman unutmamalısınız ki, bizim hər birimizin müstəqil Azərbaycandan dəyərli və önəmli heç bir şeyimiz yoxdur və ola bilməz.

Hansı peşənin sahibi olursunuzsa – olun dövlətimizi qorumaq və onu gücləndirmək borcunuzdur” demişdi.

O, Azərbaycanla nəfəs alırdı. Həmin 2 saatlıq söhbətin sonunda “cənab Prezident insanların bir çoxu o qədər də bilmir siz Azərbaycan üçün nə qədər böyük əziyyətlərlə, çətinliklərlə, sui-qəsdlərlə üzləşmisiniz. Çətin həyat yaşamısınız” dediyimdə heç zaman unutmadığım və ölənə qədər unutmayacağım sözləri söyləmişdi və “qızım nə qədər çətinliklər olursa olsun mən ölkəm və xalqım üçün çalışmaqdan heç bir zaman yorulmadım və nə qədər ömrüm var bu belə də olacaq” demişdi. Nur içində yatsın. “Azərbaycan” şeirini söyləyəndə duyğularını gizlədə bilməmişdi və məncə bu şeiri ən gözəl o söyləyib. Çünki onun üçün Azərbaycana sevgi sözdə deyildi, o bütün varlığı ilə Vətəninə və Millətinə bağlı insan idi. Müstəqil Azərbaycan və xalqımız hər zaman sizi böyük sevgi ilə xatırlayacaq.

Nur içində yatın böyük Lider,Şəxsiyyət,İnsan!

Qənirə Paşayeva,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bakı-2017”: Qadın həndbolçularımız yarışın ikinci gününü də qələbə ilə başa vurdu – FOTO

Read Next

“Onların mitinqlərinə heç qohumları da gəlmir…” – PREZİDENT – FOTOLAR- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir