Qənirə Paşayeva: “Lavrov Oskanyanın qoluna elə mehribanlıqla girdi ki…”

“Baxıram Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı son bəyanatı ətrafında sosial şəbəkələrdə qızğın müzakirələr gedir. Əziz dostlar, Rusiya nə zaman Qarabağ probleminin həllində ədalətli, obyektiv mövqe tutub ki, Lavrovun son bəyanatında da ədalətli mövqe gözləyək. Rusiya hər zaman işğalçı Ermənistanın yanında olub və bu gün də onun yanındadır”.

Etikxeber.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.

Onun qeyd etdiyinə görə, hamının bildiyi həqiqəti bir az daha açıq yazmaq istəyir:  Ermənistan Azərbaycan torpaqlarını o zamanlar məhz Rusiyanın dəstəyi, hərbi yardımı ilə işğal etmişdi.

“Lavrova gəlincə, yadımdadır televiziyada işlədiyim dövrdə Qarabağla bağlı danışıqlar gedirdi. Biz də gözləyirdik. Həmin bu Lavrov gəlib o zamankı xarici işlər naziri Oskanyanın qoluna elə mehribanlıqla girdi, bir tərəfə çəkilib qardaş mehribanlığı ilə qızğın müzakirələr aparırdılar ki, onları çəkən kameraları belə unutmuşdular… Qarabağla bağlı o müzakirələrdən gəlib elə həmin kadrı vermişdim və altına da şərhsiz deyə yazmışdım…


İşğal altında olan torpaqlarımıza gəlincə, onu azad etmək üçün biz sadəcə, öz gücümüzə arxalanmalıyıq. Yanımızda isə sadəcə, Türkiyə, Pakistan və başqa çox az sayda bir neçə səmimi qardaş-dost ölkə var və olacaq. Yaxşı günün dostları çox olur, amma çətin günün dostu-qardaşı kimdir, onu da hamımız bilirik.
Yeri gəlimişkən,  aprel döyüşləri deyəsən, Lavrovu yaman narahat edib…  Bir də mətbuat konfransını tam izləməmişəm. Jurnalistlərdən kimsə Lavrovdan soruşmayıb ki, sizin hərbi qüvvələrinizin Krımda nə işi var deyə?”-deyə, o, daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Statistika Komitəsi: Neft istehsalı 1,4 faiz, əmtəəlik qaz hasilatı isə 3,9 faiz azalıb

Read Next

Əliyev “VPS Healthcare” şirkətinin icraçı direktoru və Lüksemburqun baş naziri ilə görüşdü – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir