Qənirə Paşayeva prezidentin andiçmə mərasimindən yazdı

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində iştirak etdik.

and-3

Cənab Prezidentimizi bir daha təbrik edirik, ona qarşıdakı 7 il ərzində hər zaman böyük uğurlar diləyirik.

Cənab Prezident əldə edilmiş uğurlar, ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı geniş çıxış etdi.

Cənab Prezident çıxışında Azərbaycanın dostlarına və düşmənlərinə də ciddi mesajlar verdi.

Cənab Prezident çıxışında özəlliklə işğal altında olan ərazilərimizin Azərbaycanın ən əsas məsələsi olduğunu vurğuladı.

Çıxışda işğalçı Ermənistana, arxasında dayanan güclərə ciddi xəbərdarlıq mesajları vardı.

qanira-secki-1

Cənab Prezident işğalçı Ermənistanın tarixi Azərbaycan torpaqlarında bəzi güclər tərəfindən yaradılması məsələsinə də xüsusi toxunaraq bu gerçəkliklərin dünyaya daha da geniş duyurulacağını bəyan etdi.

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Əliyev Rasi-zadə hökumətini istefaya göndərdi – SƏRƏNCAM

Read Next

“Biz bunu kiminsə xoşuna gəlmək üçün yox…” -İLHAM ƏLİYEV- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir