Qənirə Paşayeva şəhid anasını ziyarət etdi, “ŞƏHİDLƏR BAŞ TACIMIZDIR”-DEDİ – FOTOLAR

Qəhrəman şəhid qardaşımız Məhərrəm Musayevin dəyərli anası Münəvvər xalanı ziyarət etdik, gözəl söhbət edib fikir mübadiləsi apardıq.

Etikxeber.az xəbər verir ki, bunu 4-cü dəfə deputatlığa namizəd-millət vəkili, professor Qənirə Paşayeva deyib.

“Hər zaman olduğu kimi bu seçkilərdə də xeyir-dualarını və dəstəklərini əsirgəmədilər. Qəhrəman şəhidlərimizin ailələrinin dəstəyi mənim üçün mənəvi anlamda ən böyük dəstəkdir. Şəhid ailələri başımızın tacıdır. Var olsunlar! Hər zaman yanlarındayıq. Allah hər zaman yardımçıları olsun. Təkrar dəstək və etimadları üçün bir daha təşəkkürlər!”-deyə, Q. Paşayeva əlavə edib.

Qeyd edək ki, Q. Paşayeva 2005-ci ildən parlamentdə təmsilçisi olduğu 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəddir.

Etikxeber.az

Read Previous

“İnsanlar qapalı geyimlərdən qorxurlar, hicabla küçəyə çıxanlara hücum edirlər…” – DEPUTAT AŞPA-DAN SƏSLƏNDİ – FOTOLAR

Read Next

Ziyad Səmədzadədən seçicilərə-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir