Qənirə Paşayeva Şəhid Fəxri Qəribzadənin anası və Şəhid Əli Rzayevin həyat yoldaşı ilə-GÖRÜŞDÜ VƏ…-FOTOLAR

Qənirə Paşayeva: “Övladınızın-Fəxri Qəribzadənin Vətən qarşısında xidmətləri heç vaxt unudulmayacaq”

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Azərbaycan Vətən Müharibəsinin şəhidi Fəxri Qəribzadənin anası Mehparə xanımla görüşüb.

Etikxeber.az xəbər verir ki, Şəhid anasını Milli Dirçəliş Günü münasibəti ilə təbrik edən Q.Paşayeva bu ay qeyd etdiyimiz digər bayramlar – Zəfər Bayramı, Bayraq günü, Konstitusiya Günü kimi, görüş gününə təvafüq edən Milli Dirçəliş Gününü də qeyd etməyə, bayramlarda anılmağa ən çox şəhid ailələrinin haqqı olduğunu vurğulayıb.

Q.Paşayeva qədirbilən xalqımızın bizə tarixi Zəfər qazandıran şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutduğunu vurğulayıb.

Ali dövlət rəhbərliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, yaralı qazilərə, ümumən müharibə iştirakçılarına həssas qayğı və diqqətinin hər bir vəzifəli şəxs, məmur, millət vəkili, cəmiyyətin aparıcı qüvvələri üçün örnək təşkil etdiyini bildirib:

“Övladınızın Vətən qarşısında xidmətləri heç vaxt unudulmayacaq. Şəhidlər yalnız mənsub olduqları ailələrə mənsub deyil, bütövlükdə xalqımızın dəyəridir. Şəhidlərimizin qanı yerdə qalmayıb, onlar xalqımıza qürur yaşadıb və düşmənə sağalmaz zərbələr vurub. Bu gün Şuşada bayrağımızın əzəmətlə dalğalanmasının, Qarabağda quruculuq-abadlıq işlərinin – Qarabağa mədəniyyət və qaynar həyatın qayıtmasının şəhidlərimizin ruhunu şad etdiyinə inanıram. Şəhidlərimiz bizim baş tacımız, and yerimizdir, onlara borcluyuq”.

Komitə sədri Şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Fəxri Qəribzadə 1993-cü ildə Bərdə rayonunun Güloğlular kəndində doğulub.

O, evin tək oğlu idi.

 27 sentyabr 2020-ci ildə düşmənin törətdiyi növbəti hərbi təxribata qarşı əks-hücuma başlanınca, Fəxri Qəribzadə Suqovuşanın azad edilməsində iştirak edib.

Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Fəxri Qəribzadə Azərbaycan Prezidentinin  sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Ruhu şad olsun!

***

MM-in komitə sədri: “Həyat yoldaşınızın Vətən qarşısında xidmətləri heç vaxt unudulmayacaq. Şəhidlər yalnız öz ailələrinə mənsub deyil, bütövlükdə xalqımızın dəyəridir”

Q.Paşayeva həmçinin İkinci Vətən Müharibəsinin şəhidi Əli Rzayevin həyat yoldaşı Gülü xanımla görüşüb.

Q.Paşayeva bizə tarixi Zəfər qazandıran şəhidlərimizin əziz xatirəsinin qədirbilən xalqımız, dövlətimiz tərəfindən hər zaman uca tutulduğunu bildirib:

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, yaralı qazilərə, müharibənin bütün iştirakçılarına və müharibədən zərər görmüş vətəndaşlarımıza həssas qayğı və diqqəti hər birimiz üçün yüksək örnək təşkil edir. Həyat yoldaşınızın Vətən qarşısında xidmətləri heç vaxt unudulmayacaq. Şəhidlər yalnız öz ailələrinə mənsub deyil, bütövlükdə xalqımızın dəyəridir. Ulu Tanrıya şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onlar xalqımıza qürur yaşadıb və düşmənə sağalmaz zərbələr vurub. Biz bu il ilk dəfə tarixi Zəfərimizi bayram etdik. Şuşada bayrağımız əzəmətlə dalğalanmaqdadır. Qarabağa mədəniyyət və qaynar həyatın qayıtmasının şəhidlərimizin ruhunu şad etdiyinə inanıram. Şəhidlərimiz bizim baş tacımız, and yerimizdir, onlara ömür boyu borcluyuq”.

Komitə sədri Şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, şəhid Əli Rzayev (09 iyul 1992, Mingəçevir – 11 oktyabr 2020, Tərtər rayonu) Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu idi.

Ruhu şad olsun!

Etikxeber.az

Read Previous

“Vətənini, dövlətini ürəkdən sevən hər bir Azərbaycanlı ölkə Prezidentinin Ali Ordenlə təltif olunması ilə qürur duyur”-ELDAR İBRAHİMOV TDƏŞ-İN 8-Cİ ZİRVƏ GÖRÜŞÜ VƏ SON HADİSƏLƏRDƏN YAZDI

Read Next

24 yaşında Qazi olan 5 medallı, bir övlad atası İgidimiz-ƏFƏNDİ MƏHƏMMƏD OĞLU BALACANOV…QAZİMİZ VƏ AİLƏ ÜZVLƏRİ İŞLƏ TƏMİN EDİLƏCƏKLƏRMİ, ONLARIN PROBLEMLƏRİ İLƏ MARAQLANAN OLACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir